Dövlət Sərhəd Xidmətinin zabiti, polkovnik-leytenant, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında olub.

Unikal.org xəbər verir ki, DSX zabiti  idman yarışlarında dalğalandırılmış bayrağı qəhrəman sərhədçilərə təqdim edib:

"Müzəffər Ali Baş Komandanın rəhbərliyialtında tarixi qələbə qazandıq.

Məhz cənab Prezidentin rəhbərliyi altında müqəddəs sərhədlərimizi bərpa edirik. Uzun illər idman yarışlarında fəxrlə dalğalandırdığımız bayrağımızı 
Vətən müharibəsində qələbə qazanmış qardaşlarıma əmanət etdim.
Azərbaycan Respublikasına  xidmət edirik.

Allah bütün şəhidlərimizə rəhmət etsin, yaralılarımıza şəfa versin. Amin! 
Üç rəngli bayrağınla məsud yaşa Azərbaycan! 

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"- deyə F.Umudov qeyd edib.

Xatırladaq ki, Firdovsi Umudov RealTv-dəki müsahibəsində üzərində daşıdığı nümayiş etdirərək "Bu bayraq Qarabağ torpaqlarında dalğalandırılacaq" deyə vurğulamışdı.