Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

Qardaşlar arasında düşən dava sonda 23 yaşlı Qənizadə Mehman Xələf oğlunun bıçaqlanması ilə bitib.

Təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılan yaralı həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qarının ön divarının daxilə nüfuz edən bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır (report).