Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb.

Unikal.org xəbər verir ki, Cabbarov 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi üzrə Ukrayna-Şimali İrlandiya qarşılaşmasını idarə edəcək.

Ona Elşad Abdullayev və PərvinTalıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 17-də keçiriləcək.