Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 20 207,1 milyon manat, xərcləri isə 20 722,1 milyon manat təşkil edib.

Unikal.org Dövlət Statistika Komitəsinə İstinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% və 12,3% çoxdur.

Son nəticədə büdcədə 515 milyon manat kəsir yaranıb.

Xatırladaq ki, yanvar-sentyabr aylarının yekunununda büdcə kəsri 677,6 milyon manat olub.