Müharibə zamanı Ermənistan ordusu tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə "Smerç" raketlərinin buraxılmasının videosu yayılıb.

Unikal.org xəbər verir ki, erməni mediasında yayılan görüntülərdə raketlərin buraxılma anı əks olunub.

Qeyd edək ki, raket zərbələri nəticəsində Azərbaycanda ümumilikdə 94 mülki şəxs həlak olub, 414 nəfər yaralanıb. Bundan başqa, 512 mülki obyekt, 120 hündürmərtəbəli yaşayış binası və 3410 yaşayış evi yararsız hala düşüb.