İngiltərə Futbol Liqası (EFL) komandaların cari mövsüm hər matçda beş əvəzetmədən istifadəsinə icazə verib.

Unikal.org "Sky Sports"a istinadən xəbər verir ki, qayda noyabrın 20-də Çempionşipdə "Koventri" və "Birmingem" komandaları arasındakı matçda qüvvəyə minəcək.

Qeyd edək ki, bu qayda İngiltərə Premyer Liqasına aid deyil. EPL beş əvəzetmə qaydasının tətbiq edilmədiyi çempionatlardan biridir. Avqustda əksər klublar bundan istifadə edilməsinə qarşı olublar. Vəziyyətin cari mövsümün sonuna qədər davam edəcəyi gözlənilir.