ABŞ-ın keçmiş prezidenti Barak Obamanın kitabının ilk cildi satış rekordu qırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Barak Obamanın "A promised land" ("Vəd olunmuş torpaq") adlı kitabı satışa çıxarılan ilk gündə rekord miqdarda satılıb.

Qeyd edək ki, memuar xarakterli bu kitab 17 noyabrdan satışdadır.