Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 697 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  93 092 nəfərə, ölənlərin sayı isə 535 nəfərə çatıb.

Virusa yoluxanlardan 73 877 nəfərin sağaldığı bildirilir.