Dünyaca məşhur hollandiyalı qadın boksçu Rubi Cesiya Mesu İslamı qəbul edib.  

Unikal.org xəbər verir ki, digər müsəlman boksçu Mayk Taysonu özünə kumir seçən Rubi "Lady Tyson" ləqəbi ilə tanınır.  O müsəlman olması barədə sosial şəbəkədə paylaşım edib və  bildirib ki, ölkəsindəki məscidlərdən birinə gedərək dinini dəyişib.  

Qadın boksçu bundan sonra hicablı geyimdə olacağını açıqlayıb:  "Elhamdülillah Müslüman oldum". 

Qeyd edək ki, boks karyerası ərzində bir çox uğura imza atan Rubi Mesu Hollandiyada anadan olub və orada yaşayır,