Ermənistanın paytaxtı İrəvanda yenidən etiraz aksiyası keçirilir.

Unikla.org  xəbər verir ki, etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Əraziyə cəlb olunan polis əməkdaşları aksiyanı dağıtmaq üçün vətəndaşlara zor tətbiq edib. Nəticədə polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

Bundan başqa, naməlum sürücü idarə etdiyi nəqliyyat vasitəsi ilə yolu bağlayan nümayişçilərin üzərindən keçib. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb.

***13:34

Ermənistanın paytaxtı İrəvanda yenidən etiraz aksiyası başlayıb.

Unikal.org  xəbər verir ki, aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Etirazçılar İrəvan küçələrindən birini bağlayıblar. Əraziyə polis əməkdaşları cəlb olunub. Hazırda aksiya davam edir