2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur. 

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumat yayıb. 

Qeyd edilib ki, maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.