Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycana yeni səfirini təyin edib.

Unikal.org xəbər verir ki, bu barədə “Belta.by” informasiya agentliyi məlumat yayıb.

Belarusun keçmiş müdafiə naziri və Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov Azərbaycana səfir təyin olunub.

Qeyd edək ki, bununla yanaşı Lukaşenko bu gün Belarusun Çin, Pakistan, Ermənistan və Keniyaya yeni səfirlərini təyin edib.