Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Mehmet Özhaseki də koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, o, bu barədə tvitter hesabında paylaşım edib. Siyasətçi təmasda olduğu insanların diqqətli olmaları barədə çağrış edib.

 “Müalicəmi həkimlərin tövsiyəsi ilə evdə davam etdirirəm. Həmd olsun, vəziyyətim yaxşıdır, xeyir-dualarınızı əskik etməyin,- deyə Özhaseki bildirib.