Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil üzrə elektron sınaq imtahanları keçirilib.

Dövlət İmtahan Mərkəzindən Unikal.org-a bildirilib ki, imtahanda 174 nəfər iştirak edib.

DİM-də doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslərin xarici dil (ingilis, fransız, alman) fənləri üzrə imtahana daha da səmərəli hazırlaşmalarına kömək etmək məqsədilə elektron sınaq imtahanları keçirilib.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

Sınaq imtahanları 2020-ci il noyabrın 20-də saat 10.00 və 15.00-da təşkil edilib. 

İmtahan Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada keçirilib.

İmtahanda 174 nəfər iştirak edib.

İştirakçılar tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda onlara imtahanın nəticələrinə (oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə bloku üzrə) dair arayış təqdim olunub. Yazı bloku üzrə esseyə verilən qiymətlər yoxlama prosesi başa çatdıqdan sonra, yaxın günlərdə elan olunacaq.