Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter səhifəsində Ağdamın Ermənistanın işğalından qurtuluşu və Ağdam məscidində ilk azanla bağlı video paylaşılıb.

Unikal.org xəbər verir ki, paylaşımda deyilir: "İllər əvvəl öz torpaqları min qəddarlıq və işgəncə ilə işğal olunmuş Azərbaycan türkü qardaşlarımız indi öz torpaqlarına qayıdırlar. Qardaşlarımızın inandıqları kimi sərbəst yaşayacaqları Ağdamda ilk azan bu gün oxundu, ilk namaz qılındı"