“Euronews” telekanalı Azərbaycanın Füzuli rayonunun erməni işğalından azad olunması ilə bağlı süjet yayımlayıb.

Unikal.org xəbər verir ki, videomaterialda deyilir ki, Azərbaycan əsgərləri Füzuli şəhərini azad edərkən orada bayraqlarını qaldırmaq üçün bir dənə də salamat bina tapa bilməyiblər. Bayrağı yalnız dağılmış mədəniyyət evinin fasadından asmaq mümkün olub.

Qeyd olunub ki, vaxtilə insanların sıx məskunlaşdığı Füzuli şəhəri 27 il ərzində erməni qüvvələri tərəfindən talan edilib və dağıdılıb.