Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, noyabrın 20-si saat 21 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qəsəbə sakini Ş.Dostəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Zakir Quliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.