Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Unikal.org xəbər verir ki, Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının və Lənkəran Şəhər-rayon Polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 206.2; 234.4.1; 234.4.2-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Məmmədov Səyavuş Ramiz oğlu tərəfindən həbs edilməmişdən əvvəl yaşadığı Lənkəran şəhərindəki evinin həyətində torpağa basdıraraq gizlətdiyi bir ədəd pnevmatik tapança, yaşadığı evə baxış keçirilən zaman bir ədəd pnevmatik tapançaya aid qaz balonu və xeyli miqdarda narkotik maddə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.