Bərdə rayonunda “VAZ” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğın hadisəsi baş verib.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə minik avtomobillərdən birinin yanar hissələri yanıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində 1974-ci il təvəllüdlü Camalov Ədalət Nəbi oğlunun yanmış meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.