BƏƏ keçmişdə ekstremist silahlı qruplaşmaları silahla təmin edib.

Unikal.org xəbər verir ki, bunu ABŞ senatoru Kris Merfi Prezident Donald Trampın BƏƏ-yə silah satışı ilə bağlı qərarına qarşı çıxarkən deyib.

“BƏƏ ABŞ-ın müttəfiqidir. Ancaq BƏƏ-yə silah satışına tələsməməliyik. Çünki bu ölkə keçmişdə ekstremist qruplaşmaları silahla təmin edib. Bundan başqa, Liviya və Yəməndə beynəlxalq hüquq normalarını da kobud şəkildə pozub”, - senator bildirib.