Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Unikal.org  günün ilk matçında "Qəbələ" "Neftçi"ni qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 38-ci dəqiqədə açılıb. Anton Krivotsyuk qonaqları önə keçirib. Cinah müdafiəçisi 51-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 57-ci dəqiqədə Namiq Ələsgərov fərqi daha da artırıb. 3 dəqiqə sonra "Qəbələ"nin heyətində Yusif Nəbiyev fərqlənib. 90+3-cü dəqiqədə Prins İbara növbəti dəfə meydan sahiblərini məyus edib.