İsrail Qəzza zolağında HƏMAS-ın obyektlərinə zərbələr endirib.

Unikal.org  xəbər verir ki, bu barədə İsrail ordusunun Tvitter hesabında məlumat yayılıb.

"Axşam saatlarında Qəzzadan İsrailə atılan raketə cavab olaraq Qüds Hava Qüvvələri HƏMAS hərbi obyektlərinə zərbələr endirdi", – məlumatda qeyd olunub.

Məlumatda sursat istehsal edən iki fabrik, yeraltı infrastruktur və bir hərbi kompleksə zərbə endirildiyi vurğulanıb.