"Qarabağda işğala son qoyulmasına töhfə verdik. Eynilə, Suriyadan Liviyaya, Şərqi Aralıq dənizindən Dağlıq Qarabağa, İraqdan Fələstinə qədər fərqli cəbhələrdə apardığımız haqq, azadlıq və ədalət mübarizəsinin əhəmiyyəti aydın oldu".

Unikal.org xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan G20 ölkələri liderlərinin virtual zirvə toplantısında deyib.

Dağlıq Qarabağdakı 30 illik işğalın sona çatmasına töhfə verildiyini bildirən Ərdoğan hər nə qədər çətin günlər yaşanılsa da, ümidsizliyin arxasında çox ümidlərin və qaranlığın arxasında günəşin olduğunu bildirib.

"İnanırıq ki, bütün bəşəriyyət olaraq ürəyimizi birləşdirdiyimiz zaman çətinliklərimiz yüngülləşəcək".

Torpaqların yalnız əcdadlardan qalan miras deyil, həm də uşaqlara miras olaraq qəbul edilməli olduğunu dilə gətirən Ərdoğan, yalnız bu günü deyil, sabahı da, uşaqları və gələcək nəsilləri də düşünməyin vacibliyini vurğulayıb.