Türkiyədə son sutka ərzində 139 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 6017 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 12 358, virusa yoluxanlar isə 446 822 nəfərə çatıb.

Türkiyədə indiyədək 374 637 pasiyent (son sutkada 3812 nəfər) sağalaraq evə buraxılıb.