Tvitterin uzun müddətdir "bəyənmədim" funksiyası üzərində çalışdığı məlum olub.

Unikal.org  xəbər verir ki, yeniliyin əsas məqsədi Tvitter sosial şəbəkəsində yalan məlumatların yayılmasının qarşısını almaqdır.

İstifadəçi funksiyadan yararlandıqda Tvitterin alqoritmi bunu müəyyənləşdirəcək və ana səhifəni şəxsin bəyənəcəyi postlara uyğun şəkildə təşkil edəcək.

Qeyd edək ki, funksiyanın nə zaman istifadəyə veriləcəyi hələlik bəlli deyil.