İndoneziyada selə görə 1078 ev suyun altında qalıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Sumatra adasında leysan yağışlar səbəbi ilə Lanqkat bölgəsində sel yaşanıb. 1078 evi su altında qoyan sel 11 nöqtədə böyük dağıntılar yaradıb.

Əhaliyə yağışların davam etməsi və yeni sel təhlükəsinin olması barədə xəbərdarlıq edilib.