Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 958 yoluxma halı qeydə alınıb, 36 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 108 690 nəfərə, ölənlərin sayı isə 1 012 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 89 170 nəfərin sağaldığı bildirilir.