2021-ci ildə ABŞ dünya neft emalı bazarındakı liderliyini Çinə verə bilər.

 Unikal.org xəbər verir ki, bu məlumatı “Blomberq” agentliyi Beynəlxalq Energetika Agentliyinin proqnozuna istinadən yayıb.

Məlumata görə, ABŞ-da neft emalı zavodları qapadılır. Bunun əksinə Çində 4 yeni neft emalı müəssisəsinin tikildiyi bildirilib. Bu müəssisələrin ümumi gücü sutkalıq 1,2 milyon barrel təşkil edir.