Ermənistanda general-mayor Astvatsatur Petrosyan ölüb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, A.Petrosyan 1993-2000-ci illərdə Ermənistan müdafiə nazirinin müavini olub. Bundan başqa o, müdafiə nazirinin köməkçisi, fövqəladə hallar nazirinin müvaini kimi vəzifələr tutub.

A.Petrosyan məşhur hərbçi kimi tanınıb. I Qarabağ savaşında iştirak edib və azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib. Buna görə Ermənistan onu bir neçə medal və ordenlə təltif edib.