Azərbaycan Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş “AR-nın maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nda “Maliyyə bazarı iştirakçılarına bilik və bacarıqlarının artırılması” hədəfinə uyğun olaraq 19-20 Noyabr tarixlərində Azərbaycan Bank Tədrisi Mərkəzinin (ABTM) təşəbbüsü və Mərkəzi bankın təşkilatçılığı ilə ATMU tələbə və əməkdaşları üçün "Məsuliyyətli borclanma" onlayn təlimi keçirilmişdir. Təlimin əsas məqsədi əhali arasında maliyyə savadlılığının artırılmasına yönəlib.

Unikal.org-un məlumatına görə,  ABTM-nin təlimçisi Rauf Ağayev təlim zamanı tələbələrə "www.infobank.az" və “bizimpullar.az” kimi internet resurları nümayiş etmiş, onlardan istifadə qaydalarını izah etmişdir. Bundan başqa, müxtəlif bankların təqdim etdiyi məhsul və xidmətləri müqayisə edə bilmək,  risk və imkanları qiymətləndirmək və məsuliyyətli qərar verməklə səmərəli addımlar atmaq barədə geniş danışıb.

Ümumi tədbirdə 75 nəfər iştirak etmişdir. İştirakçıların böyük əksəriyyəti ATMU tələbələri olub.