Ermənistanda İstintaq Komitəsinin əməkdaşları İrəvan polis idarəsinin keçmiş rəis müavini, polkovnik Robert Melkonyanın evinə basqın ediblər.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, R.Melkonyan jurnalistlərə açıqlamasında istintaqçıların basqına səbəb kimi mənzildə axtarış aparılmasını əsas gətirdiklərini söyləyib.

Qeyd edək ki, kütləvi iğtişaşların təşkilində ittiham olunan təqaüdçü polkovnik həm də ictimai-siyasi fəaliyyətlə məşğul olur. R. Melkonyan "VETO" siyasi hərəkatının üzvüdür.