Türkiyə Böyük Millət Məclisi və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin birgə təşəbbüsü ilə bu gün “Miqrant uşaqların qorunması və itkin düşən uşaqların xilas edilməsi” adlı beynəlxalq konfrans keçirilib. Milli Məclisin sədri Sahibə Sahibə Qafarova konfransda çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, konfransda çıxış edən Milli Məclisin Sədri xanım Sahibə Qafarova deyib ki, beynəlxalq ictimaiyyətin səssizliyi və cəza tədbirləri görməməsi Ermənistanın 30 il boyunca işğalı davam etdirməsinə gətirib çıxarıb.