ABŞ Rusiyanın “Aviazapçast”, “Elekon” səhmdar şirkətlərinə və “Nilco Group” şirkətinə qarşı sanksiya tətbiq edib.

Unikal.org  TASS-a istinadla xəbər verir ki, Vaşinqton bu şirkətlərin İran, Koreya Xalq Demokratik Respublikası və Suriyada kütləvi qırğın silahlarının yayılmamasına dair ABŞ-ın milli qanunvericiliyi pozmaqda günahlandırır.

ABŞ Dövlət Departamenti sanksiyaların tətbiqi ilə bağlı müvafiq bildirişi ABŞ hökumətinin rəsmi sənədlərinin dərc olunduğu Federal Reyestrə yerləşdirib.

Bildirişdə qeyd olunub ki, Rusiyanın adı çəkilən şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar noyabrın 6-da qüvvəyə minib. Siyahıda Rusiya şirkətləri ilə yanaşı Çinin iki şirkətinin adı da yer alıb.

Sanksiyaların müddəti iki ildir, lakin ABŞ Dövlət katibinin qərarı ilə bu müddət endirilə və ya sanksiyalar ləğv oluna bilər.