Əfqanıstanın Bamiyan şəhərində iki maqnit bombasının partlaması nəticəsində azı 17 nəfər vəfat edib.

Unikal.org  xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 50-dən çox şəxsin yaralandığı bildirilir. Belə ki, hadisə şəhər bazarında baş verib. Partlayışın olduğu əraziyə yaxın yerdə otel yerləşir.

İnsidentə görə məsuliyyəti hər hansı qruplaşma üzərinə götürməyib.