Abşeron rayonunda iki yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, avtomobil 2006-cı il təvəllüdlü Musayeva Nailə Niyaz qızını və onun həmyaşıdı Mikayılzadə Vüsalə Vüsal qızını vurub.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı N.Musayevaya bud sümüyünün sınığı, V.Mikayılzadəyə isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.(report.az)