Moskvada son sutka ərzində daha 75 nəfər koronavirusdan dünyasını dəyişib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 8 530-a çatıb.

Moskvada ümumilikdə 566 mindən çox insan koronavirusa yoluxub, 416 mindən çox pasiyent xəstəliyə qalib gəlib.