Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 720 nəfər yoluxub.

Unikal.org-un verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 127 580 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 114 347 nəfəri sağalıb, 1 945 nəfəri isə vəfat edib.