Tanınmış türkiyəli jurnalist Fulya Öztürk koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu haqda jurnalist "Instagram" hesabında bildirib.  

O deyib ki, Azərbaycandan dönəndən sonra test edib və testi pozitiv çıxıb. 

Qeyd edək ki, CNN Türkün jurnalisti olan Fulya Qarabağ müharibəsində Azərbaycanda hər kəsin sevimli jurnalistinə çevrilib.