Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfirliyi Kəlbəcər rayonunun azad olunması ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Unikal.org xəbər verir ki, təbrik səfirliyin "Twitter" səhifəsində paylaşılıb. Paylaşımda deyilir:

"Kəlbəcərin işğaldan qurtulması və Azərbaycan torpaqlarına yenidən qatılması vəsiləsilə Azərbaycan ordusunu ve xalqını ürəkdən qutlayırıq".