Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə 10 noyabr birgə bəyanatına görə, Azərbaycanın ən yüksək dağ rayonu Kəlbəcər bu gün erməni işğalından azad olunub.  

Unikal.org xəbər verir ki,  bu rayon qızıl, zod yataqları, müalicəvi mineral su sanatoriyaları, sıx meşələri, çayları, bulaqları ilə tanınır.

No description available.
Tarixi - Murovdağ silsiləsiylə əhatə olunan Kəlbəcər ən qədim insan məskənlərindən biri hesab olunur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.

Kəlbəcərin iqtisadiyyatını əsasən heyvandarlıq və əkinçilik təşkil edib.

Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Bundan başqa rayonun Vəng kəndi ərazisində də digər bir alban məbədi yerləşir.

Xudavəng monastırı — Vikipediya

Kəlbəcər 1930-cu ilin avqustunda inzibati rayon statusu alıb. Rayonun inzibati mərkəzi Kəlbəcər şəhəridir. Rayon ərazisinin çox hissəsi meşəlikdir. Meşələrin ümumi sahəsi 30 min hektara yaxındır. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.

Rayon qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. Burada Alagöllər, Qaragöl, Zalxa gölü və digər göllər var.

No description available.

No description available.

Rayonun İcra Hakimiyyətinin saytında qeyd olunur ki, "Kəlbəcər" ifadəsi "çay üstündə qala" deməkdir. Kəlbəcərin yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar var. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə məşhurdur.

No description available.

İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib və həmin zavod sutkada 800 min litr su istehsal edib. Rayonun İstisu qəsəbəsində iki İstisu sanatoriyası fəaliyyət göstərib.

İşğalı - Rayon 1993-cü il aprelin 2-də erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.  

Kəlbəcər

İşğal nəticəsində Kəlbəcərdən 53 mindən çox insan köçkün düşüb, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.

Kəlbəcərin əhalisi 77 mindən çoxdur. Onların 12 minə yaxını şəhər, qalanı isə kənd əhalisidir. Buradan olan məcburi köçkünlərin sayı 67 min nəfərə yaxındır.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan başçılarının imzaladığı bəyanata əsasən, düşmən noyabrın 25-də Kəlbəcər rayonunu təhvil verib və Azərbaycan ordusu şəhərə daxil olub.

 

 

Gülayə Mecid