Türkiyə Milli Müdafiə Nazirliyi Kəlbəcərin azad olunması ilə bağlı "Twitter" səhifəsində paylaşım edib.

Unikal.org bu paylaşımı təqdim edir:

"Qəhrəman Azərbaycan Ordusu Qarabağda qazandığı böyük zəfər sonrası əldə edilən anlaşma çərçivəsində Ağdamdan sonra Kəlbəcərə girdi. Kəlbəcər 27 il sonra gerçək sahibləri ilə görüşür. Şanlı ay-ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq".