Rusiyada son sutka ərzində koronavirusa 23 675 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 162 503 nəfərə çatıb.

Rusiyada son sutkada 507 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 37 538 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.