"Bir vaxtlar oxuduğum "Gecədən sübhədək yolunu gözlədim" mahnısına "əsgər mahnısı" deyirdilər. Həmin vaxt hamı elə düşünürdü ki, həyat yoldaşım cəbhədə həlak olub. Klipdə olan obrazı çoxları indi də elə xatırlayır".

Unikal.org xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "7 canlı" proqramında deyib. Müğənni əsgərlərə söz verib. O bildirib ki, hamısının toyunda təmənnasız oxuyacaq:

"Aldığımız nəfəs, ayaq basdığımız torpağı əsgərlərə borcluyuq. Şəhid ailələrində toy olarsa, hamısına çağırsınlar, gedəcəm. Əsgərlərə söz vermişəm ki, Qarabağ azad edilsin, hamınızın toyunda təmənnasız oxuyacam. Bunu söz olaraq deməmişdim. Gedəcəm və bunla fəxr edəcəm" -  deyə, müğənni bildirib.