Fransa Xarici İşlər Nazirliyi (XİN) ölkə Senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib.

Unikal.org xəbər verir ki, Fransa XİN yanında dövlət katibi Jan-Batist Lemuan bildirib ki, Qarabağın təktərəfli qaydada tanınması heç kimə - nə Ermənistana, nə də Fransaya fayda verməyəcək. Onun sözlərinə görə, Senatın bu addımı vasitəçilik səylərinə xidmət etmir.

Dövlət katibi, həmçinin qeyd edib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq, 10 noyabrda imzalannış atəşkəs razılaşmasının yerinə yetirilməsi mövqeyindən çıxış edir.

Xatırladaq ki, Fransa Senatında qəbul edilmiş “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnamənin hüquqi qüvvəsi yoxdur.