Gürcüstanda son sutkada daha 3 801 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 200 nəfər sağalıb, 39 pasiyent isə vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövədək qonşu ölkədə COVID-19-a 118 690 yoluxma faktı təsdiqlənib. Yoluxan şəxslərin 98 781-i sağalıb, 1 124-ü isə ölüb.

Karantin zonalarında 2 071, stasionar nəzarətdə 6 145 nəfər var. Xəstəliyi yüngül formada keçirən 3 723 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.