Cəbhədəki ağır məğlubiyyətindən sonra Dağlıq Qarabağ bölgəsindən çəkilən Ermənistanın Azərbaycana ödəcəyi mümkün kompensasiya yenidən müzakirə mövzusu olub. Hətta Ermənistanın Azərbaycana təzminat olaraq 50 milyard dollar ödəcəyi iddia edilib.  

Ermeni siyasetçi Sharmazanov: Azerbaycan'a 50 milyar dolarlık tazminat yerine Zengezur verilecek

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının rəsmi nümayəndəsi Eduard Şarmazanov açıqlama verib.  Şarmazanov Paşinyanın bu pulun əvəzinə Zəngəzuru Azərbaycana verməyi təklif edəcəyi iddiasını irəli sürüb:

"Paşinyan artıq Əliyevə heç nə deyə bilməz. Bunu etmək üçün cəsarəti yoxdur. Beynəlxalq məhkəmələr onsuz da Ermənistanın Azərbaycana ödəməli olduğu 50 milyard dollardan danışır. Paşinyan yenidən danışıqlara gedəcək və deyəcək ki, Zəngəzuru sizə veririk, çünki 50 milyard dollarımız yoxdur".