Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilir.

Unikal.org xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti oyununa çıxıb.

Ağdam klubu İstanbulda “Sivasspor”u qəbul edib.  İlk üç qarşılaşmada uduzan “Qarabağ” bu görüşdə iki dəfə hesabda önə çıxsa da, üstünlüyünü sona qədər qoruya bilməyib və 2:3 hesabı məğlub olub. Bununla da Ağdam təmsilçisi 1/16 final mərhələsinə yüksəlmək şansını itirib.  

Qrupun digər oyununda “Makkabi” (Təl-Əviv) “Vilyarreal”ı qəbul edib və bərabərə qalıb - 1:1.