Bakıda qətl hadisəsi törədilib.

Unikal.org xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2-ci Alatava qəsəbəsində 2003-cü il təvəllüdlü Əliyev Əli Cəlal oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır (report).