Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 813 nəfər yoluxub.

Unikal.org-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 129 213 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 115 384 nəfəri sağalıb, 1 990 nəfəri isə vəfat edib.