Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində COVID-19 xəstələri kimi qeydiyyatda olan rayon sakinləri - E.Vəlili, F.Bəşirov və F.Məmmədovun yaşadıqları evləri tərk edərək karantin qaydalarını kobud şəkildə pozduqları müəyyənləşib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a verilən məlumata görə, həmin şəxslər müəyyən edildikləri ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldıqları ünvanlara aparılıblar.

Ağcabədi RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.